Avtomobillə vurulan piyadaların hər ikisi dünyasını dəyişdi

  • By admin
  • 29 Avqust 2016 11:52

piyada

Abşeron və Bərdə rayonlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb.

Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 27-də saat 21.00 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Bakı şəhər sakini Rəhman Qasımov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ruslan Məmişovu vurub. Piyada hadisə yerində ölüb.

Avqustun 27-də saat 22 radələrində Bərdə rayonunun Divanlı kəndindəAğdam rayon sakini Qabil Əliyev idarə etdiyi “Moskviç 412” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.info