Avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslər tutulub - FOTOLAR

  • By admin
  • 22 Noyabr 2016 16:43

ogrular2

Gününsəsi.info xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinə ərziə ilə müraciət edən paytaxt sakinləri yük və minik avtomobillərindən akkumuliyatorlarım  oğurlanması bildirib. Dərhal əməliyyata başlayan polis çox çəkməyib ki, bu cinayətlərdə şübhəli bilinən Bakı sakinləri Nurlan Bağırov və Ramin Qarayevi saxlayıb.Nurlan Bağırov ancaq sovet istehsalı olan avtomobillərdən oğurluq etdiklərini deyir. Amma işin istintaqını aparan müstəntiq Mehman Ələsgərov onların  xarici ölkə istehsalı olan avtomobilləri də qarət etməsini təsdiqləyib. Araşdırma zamanı o da məlum olub ki, saxlanılan hər iki şəxs paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində 5, Xətai rayonunda isə 7 vətəndaşın avtomobilindən eyni üsulla oğurluq etməklə onlara külli miqdarda ziyan vurublar. Binəqədi polis idarəsindən verilən məlumata görə saxlanılan Nurlan Bağırov müxtəlif cinayətlərlə görə 4, Ramin Qarayev isə 2 dəfə azadlıqdan məhrum ediliblər. Bu faktlarla bağlı da onlar barəsində rayon polis idarəsində cinayət işi başlanıb, istintaq davam edir.

ogrular1 ogrular

Gününsəsi.info