
Benzin dumanından, maşınların səs-küyündən, qısası, tıxaclardan uzaq qaçmaq istəyənlər üçün dünyada olduqca sakit yerlər var. Belə ki, dünyanın elə şəhərləri var ki, oraya avtomobillərin girişi qadağandır. Gununsesi.info avtomobillərin qadağan olunduğu şəhərləri təqdim edir.
Hydra, Yunanıstan
Hydra müğənni və şair Leonard Cohenin unudulmaz musiqilər bəstələdiyi, həyatının sevgisi Mariannanı tapdığı şəhərdir. Burada nəqliyyat vasitələrindən istifadə qadağandır. Harasa getmək istəyənlər eşşək və velosipedlərdən istifadə edirlər.
Giethoorn, Hollandiya
Hollandiyanın Overijssel əyalətində yerləşən bu kiçik kənddə heç bir nəqliyyat vasitəsi yoxdur. Kəndin ətrafı bütünlüklə kanallarla əhatə olunmuşdur. Burada nəqliyyat vasitəsi kimi qayıqlardan istifadə olunur. Bundan əlavə, XIII əsrdən qalma kənddə velosiped yolları da mövcuddur.
Makkinas adası, ABŞ
Ada ABŞ-ın Miçiqan ştatında yerləşir. Avropa işğallarından əvvəl bu ada qızıldərililərin mühüm ticarət mərkəzlərindən biri olub. XIX əsrdən etibarən ada turistik bölgə kimi fəaliyyət göstərir. Burada 1898-ci ildə avtomobillərdən istifadə qadağan olunub. Əhali velosipedlərdən istifadə edir.
Fire adası, ABŞ
Burada avtomobillərdən istifadənin qadağan olunmasının səbəbi yolların geniş olmamasıdır.
Venesiya, İtaliya
Karnavalları ilə məşhur Venesiyada da nəqliyyat vasitəsi kimi qayıqlardan istifadə olunur. Burada yollar yoxdur və şəhər bütünlüklə kanallarla əhatə olunmuşdur.
Vauban, Almaniya
Almaniyanın Vauban qəsəbəsində də avtomobillədən istifadə yasaqlanmışdır.
Gununsesi.info