Avtomobillərin akkumulyatorlarına qənim kəsilən sürücü saxlanılıb - FOTOLAR

  • By admin
  • 06 Sentyabr 2016 17:08

ak-1

Yük avtomobillərinin akkumulyatorlarına qənim kəsilən sürücü saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinə yük avtomobillərindən akkumlyatorlar oğurlanması barədə vətəndaşlardan şikayət ərizələri daxil olub. Dərhal əməliyyat keçirən polis oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini  31 yaşlı  İlqar İmambaxışovu saxlayıb.  İlkin dindirilmə zamanı İlqar törətdiyi əməli səmimi etiraf edib. Özünün də sürücü olduğunu deyən İlqar 15 gün ərzində 6 yük maşınının akumlyatorunu oğurlayaraq metal qəbulu məntəqəsinə ucuz qiymətə satdığını bildirib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb  araşdırma aparılır.

ak-3

ak-2

 

Gununsesi.info