Zaqatalada bir ailənin üzvləri qəzaya düşüb. Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Hadisə Yevlax-Zaqatala–Gürcüstan sərhəd magistral yolunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayon sakini Mayis Sadiqov idarə etdiyi Mersedes markalı minik avtomobili ilə Şəki istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala rayon Qımır kənd sakini 25 yaşlı İntiqam Bəkirovun idarə etdiyi vaz 2106 markalı avtomobillə qarşı qarşıya toqquşub. Qəzadan sonra vaz 2106 avtomobildə olan sərnişin Zaqatala rayon Qazangül qəsəbə sakini 83 yaşlı Pərixan Hacıyeva aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Vaz 2106 markalı avtomobilin sürücüsü İntiqam Bəkirov, onun sərnişinləri Qazangül qəsəbə sakinləri 40 yaşlı Sevil Hacıyeva, 20 yaşlı Zöhrə Hacıyeva, 13 yaşlı Abdurrahman Hacıyev, Mersedes markalı avtomobildə olan sərnişinlər Şəki rayon sakinləri 52 yaşlı Mədinə Mustafayeva və 23 yaşlı Gülnar Sadiqova aldıqları müxtəlif bədən xəsarətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıblar. RMX dan verilən məlumata görə hal hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir.
Qeyd edək ki, Vaz 2106 markalı avtomobildə vəfat edən və yaralananlar bir ailənin üzvləridir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Bölməsində araşdırma aparılır.
Gununsesi.info