Avtoqəzada xəsarət alan 5 nəfərdən biri öldü - ASTARADA

  • By admin
  • 18 Yanvar 2017 10:53

ambulani

Astara rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri ölüb.

Gununsesi.info-nun verdiyi məlumata görə, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Astara rayonu, Şuvi kənd sakini, 1987-ci il təvəllüdlü Yüsif Mirəli oğlu Məmmədovu xilas etmək mümkün olmayıb.

Ağır kəllə-beyin travması alan şəxs gecə saatlarında vəfat edib.

Qeyd edək ki, hadisə Kijəbə  qəsəbəsi ərazisində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimov idarə etdiyi  “VAZ-21011” markalı avtomaşını maneəyə çırpıb. Nəticədə sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb.

Onlardan 4-ü Astara, biri isə Lənkəran Mərkəzi Rayon xəstəxanalarına yerləşdirilib.

Gununsesi.info