Milli Məclisin fevralın 23-də keçirilən iclasında deputat Məlahət İbrahimqızı ikinci Qarabağ savaşında yaralanan vətəndaşlara əlilliyin verilməsindəki problemlərdən danışıb.
Gununsesi.info deputatın fikirlərini təqdim edir:
“4 aya yaxındır müharibədə zəfər qazanmışıq, amma əlilliyin təyin olunması məsələlərində problemlər qalır. Vətən müharibəsində könüllü əyninə hərbi paltar geyinənləri, ordumuzun əsgərlərini bu qədər gözlətmək düzgün deyil. Vətən müharibəsində iştirak edənlərin əlillik dərəcəsi ilə adi insanlara verilən əlillik dərəcəsi eyni olmalı deyil. Bir çox ölkədə bu, fərqli qaydada tətbiq edilir. Məsələn, Türkiyədə müharibədə iştirak edənlərlə bağlı 6 əlillik dərəcəsi tətbiq edilir. Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz. Bu məsələ aidiyyəti qurumlarda baxılmalıdır”.
Günay
Gununsesi.info