Bakı Avtovağzalında olay: SATICI QIZ ÖZÜNÜ 3-CÜ MƏRTƏBƏDƏN YERƏ ATDI

  • By admin
  • 02 Aprel 2018 08:35

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib.

Gununsesi.info report.az-a istinadən bildirir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.

Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qız Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info