
Bakı Beynəlxalq Avtovağzalının girişində avtoqəza baş verib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, qəza dönmə hərəkətinin düzgün yerinə yetirilməməsi nəticəsində qeydə alınıb.
Məlumata görə, 91 saylı marşrutla hərəkət edən 90 FE 434 dövlət nömrə nişanlı avtobus onu ötmək istəyən yük maşınına çırpılıb. Sürücü və sərnişinlər xəsarət almasa da, avtobusun sol arxa çarxı birləşdirən ox sınıb.
Gununsesi.info