AXC-nin 100 illiyinə həsr olunmuş poçt markaları buraxılacaq

  • By admin
  • 12 Fevral 2018 15:32

“Azərmarka” MMC Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş eksklüziv poçt markaları seriyasını buraxacaq.

Gununsesi.info xəbər verir ki, bunu trend-ə şirkətin direktoru Leyla Güləliyeva deyib.

Onun sözlərinə görə, markalar məhdud sayda buraxılacaq və AAXC-nin yaranmasının 100 illiyinə həsr olunmuş sərgidə təqdim olunacaq: “Biz həmçinin Novruz bayramına həsr olunmuş tematik markalar buraxmağı planlaşdırırıq. Üç markadan ibarət blokun buraxılışı nəzərdə tutulur ki, onlar da açıq satışa çıxarılacaq”.

L.Güləliyeva xatırladıb ki, ötən ilin sonunda “Azərmarka” tematik markaların yer aldığı “Azərbaycan” kitabını nəşr etmişdi.