AXC-nin 100 illiyini YAP-dan başqa hansı təşkilat bu səviyyədə qeyd edib? -SİYAVUŞ NOVRUZOV İDDİALARA CAVAB VERDİ

  • By admin
  • 29 May 2018 11:14

“Azərbaycan prezidentinin 2018-ci ili “Cümhuriyyət İli” elan etməsindən sonra ötən müddət ərzində Yeni Azərbaycan Partiyası olaraq müxtəlif tədbirlər keçirmişik. Bizim gənclər, qadın təşkilatlarımız, habelə rayonlardakı yerli qurumlarımız indiyədək saysız-hesabsız tədbirlər təşkil edib. İndi bizi tənqid edənlər sadalasınlar ki, neçə tədbir keçiriblər”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov hakim partiyanın AXC-nin 100 illiyinə laqeyid münasibət sərgiləməsinə dair iddialara münasibətində deyib.

Qeyd edək ki, YAP rəhbərliyinin dünən hər hansı tədbir keçirməməsi sosial şəbəkələrdə qınaq obyekti olub.

Siyavuş Novruzov isə hesab edir ki, bu iddialar yersizdir: “Azərbaycan prezidenti həm də Yeni Azərbaycan Partiyasının sədridir. Dünən cənab prezident “İstiqlal”  abidəsini ziyarət edib. Bunu görmürlər? Azərbaycanda 2018-ci ili “Cümhuriyyət İli” kimi qeyd olunmasına sərəncamı kim verib?” .

Lamiyə