AXCP fəallarının aksiyasının qarşısı alındı

  • By admin
  • 24 Oktyabr 2022 18:11

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları saat 16:10 radələrindən sonra da bir neçə qrup şəkilində Bakıda yürüş etməyə cəhdlər edib.

Gununsesi.info bər verirki,  qol-qola tutaraq cəbhəçilər hakimiyyət əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Ancaq aksiyaya rəsmi icazə verilmədiyindən polis qüvvələrinin müdaxiləsi ilə qarşılaşıb.

Əməkdaşımızın müşahidələrinə görə, şəhərin bir neçə küçəsində aksiya iştirakçıları dərhal saxlanılıb.

AXCP aksiyanı baş tutmuş hesab etdiklərini bəyan edib.

Mətləb

Gununsesi.info