AXCP Ali Məclisinin iclasında partiyanın növbəti qurultayı üçün Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi məkanla razılaşmaq barədə qərar verdik.
Bunu Gununsesi.info-ya açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib.
Onun sözlərinə görə, partiyanın qurultayı üçün rayon-şəhər təşkilatlarından 500-ə qədər nümayəndə seçilsə də hökumət onlara normal yer verməkdən imtina edib.
“Təklif etdikləri yer isə təxminən həmin sayı yarısı qədərdir. Qurultayımız isə belə maneələrə görə illərlə yubanır. Ona görə də qərara gəldik ki, hakimiyyətin razılaşdığı Maştağa mədəniyyət evinin zalı kiçik olsa da qurultayımızı birtəhər keçirək. 24 iyun 2023-cü il saat 10 -da AXCP növbəti qurultayı işinə başlayacaq. Zal kiçik olduğu üçün qonaq dəvət edə bilməyəcəyik. Potensial qonaqlarımız üzrlü bilsinlər. Qurultayımız mətbuat üçün açıqdır”.
Mais
Gununsesi.info












