AXCP Müsavat Partiyası ilə mitinq müzakirələrindən imtina edib

  • By admin
  • 02 Sentyabr 2016 11:57

AXCP

“Mitinqlərin birgə təşkili üçün Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası arasında müzakirələr aparılmayıb. Çünki qarşı tərəf müzakirələrdən imtina edib”.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov deyib.

O, Müsavat Partiyasının keçirəcəyi mitinqin tarixinin müəyyənləşməməsinin səbəbini də açıqlayıb: “Bəzi siyasi təşkilatlarla müzakirələr aparmalıyıq. Bura Nida Vətəndaş Hərəkatı, “D18″ Hərəkatı və Real Hərəkatı daxildir. Müzakirələrdən və məsləhətləşmələrdən sonra mitinqin keçiriləcəyi tarix açıqlanacaq. Hazırda ümumi fikir ondan ibarətdir ki, mitinq sentyabrın 18-də keçirilsin. Amma bu barədə qərar verilməyib”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının da təmsil olunduğu Milli Şura sentyabrın 11-nə mitinq təyin edib.

Gununsesi.info