AXCP-nin iki fəalı həbs edilib

  • By admin
  • 15 İyul 2020 19:14

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fərid Əsədov iyulun 15-də səhər saatlarında saxlanılıb.

AXCP-dən Turan-a bildiriblər ki, F.Əsədov öz avtomobilində gedərkən saxlanılıb. Başqa bir avtomobil onun  yolunu kəsib, maşının içindəkilər çıxıblar və onu naməlum istiqamətə aparıblar.

Partiyada güman edirlər ki, saxlanmanın səbəbi F.Əsədovun orduya dəstək üçün gecə aksiyasında iştirak etməsidir.

AXCP-dən bildiriblər ki, F.Əsədov aksiyada iştirak edib, lakin heç bir qanunsuz hərəkətə yol verməyib.

AXCP-nin digər üzvü Elvin Bəhmənoğlu iyulun 14-də Masallı Məhkəməsinin qərarı ilə polisə tabe olmamaqda ittiham olunaraq 15 gün müddətinə həbs edilib.

“Əslində E.Bəhmanoğlu Tovuzda həlak olan mayor Anar Novruzovun dəfn mərasimində iştirak edib. Orada saxlanılıb və polisə aparılıb”.

Gununsesi.org