AXCP-nin rayon təşkilatının sədri saxlanıldı

  • By admin
  • 19 Mart 2024 10:33

Sosial şəbəklərdə AXCP-nin Daşkəsən rayon təşkilatının sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Gununsesi.info-ya bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

 

Gununsesi.info