AXP qurultay keçirdi: Sədr seçildi - FOTO

Azərbaycan Xalq Partiyasının VI növbədənkənar qurultayı keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə AXP sədri Pənah Hüseyn sosial şəbəkədə bildirib.
O qeyd edib ki, qurultayda partiyanın yeni Proqramı və Nizamnaməsi qəbul olunub, rəhbər orqanları seçilib.
Qurultay həmçinin Pənah Hüseyni yenidən AXP sədri seçib.