Axtarışda olan 21, cinayətdə şübhəli bilinən 24 nəfər həbs olunub

  • By admin
  • 20 May 2017 13:56

qandal-qolda

Axtarışda olan 21, cinayət törətməkdə isə şübhəli bilinən 24 nəfər polis tərəfindən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Gununsesi.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 110 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Beləliklə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Sutka ərzində respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər tutulub.

Gununsesi.info