Axtarışda olan 24 nəfər tutuldu

  • By admin
  • 16 Aprel 2018 09:58

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 170 cinayət faktı qeydə alınıb. Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xəbər verir ki, qeydə alınan cinayətlərin 25-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölmüş, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Gununsesi.info