
Ötən gün ərzində Respublikanın daxili işlər orqanları tərəfindən 89 cinayət faktı qeydə alınmış, onların da 16-sı “isti izlər”lə açılmışdır.
Gununsesi.info xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının- həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılmışdır.
Gununsesi.info











