Axtarışda olan 45 nəfər tutuldu - NAZİRLİK

  • By admin
  • 05 Aprel 2018 10:38

Daxili İşlər Nazirliyi (DİN) aprelin 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınmış, onların da 16-sı “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.

Gununsesi.info