“Axtarışda olan şəxslər niyə indiyə kimi saxlanılmayıb?” - Deputatdan DİN-ə sual

  • By admin
  • 19 May 2020 15:29

“Bu şəxslər Azərbaycan hüdudlarından kənara çıxırlarmı?”

Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzəsinin müzakirəsi zamanı millət vəkili Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, hesabatda 18-ci səhifədə birinci cədvəldə insan alveri ilə bağlı cinayətlərin sayı ilə məsuliyyətə cəlb edilmiş şəxslərin sayı arasında ciddi fərq var.

 

“Dünyada insan alveri ilə cinayətlərin sayı çox sürətlə artır. Ancaq Azərbaycanda məsuliyyətə cəlb edilənlərin sayının az olması nə ilə bağlıdır? İnsan alveri ilə bağlı hazırlanan sosial çarxlarda baxış sayı çox aşağıdır. DİN televiziyalarda bu çarxların yayımı üçün danışıqlar aparırmı? Çünki internetdə bu çarxlara baxış sayı 800-ü keçmir. Digər tərəfdən axtarışda olan şəxslər niyə indiyə kimi saxlanılmayıb? Bu şəxslər Azərbaycan hüdudlarından kənara çıxırlarmı?”, deyə – M.İbrahimqızı bildirib.

 

 

Gununsesi.org