
FETÖ-PDY ilə əlaqəli bilinən və barələrində həbs-qətimkan tədbiri seçilən 21 jurnalist məhkəməyə götürüldü.
Bunlar arasında Nazlı İlacık və Bülent Mumay da var.
Gununsesi.info “Haberturk”ə istinadən xəbər verir ki, məhkəmədə barələrində həbs -qətimkan tədbiri seçilən 21 jurnalist İstanbul prokurorluğuna çevriləcək. “Haberturk”-ün verdiyi məlumata görə, 42 jurnalist barəsində həbs-qətimkan tədbiri seçilsə də, onlardan 20-dən çoxunun saxlanması istiqamətində axtarışlar hələ də davam edir. Onların əksəriyyətinin xaricə qaçdığı bildirilir. Barələrində həbs-qətimkan tədbiri seçilən Metin Yıkar, Bülənt Ceyhan və Abdullah Abdulkadiroğlunun evlərində aparılan axtarışlar zamanı “C-S-K” seriyalı bir dollarlıq əskinaz çıxıb.
Gununsesi.info