
Müəyyən yaş həddindən, həərəkətsizlikdən, qəbul etdiyimiz qidaların keyfiyyətsizliyindən arzuolunmaz çəki alır, sonra isə bu çəkidən necə qurtulmağın yollarını axtarıb, bunu özümüzə dərd edirik.
Gununsesi.info sizə asan və ucuz yolla çəki atmağın dadlı sirlərindən biriylə tanış edir. Bu kokteyldən müntəzəm istifadə etməklə ay ərzində 5 kq çəki itirmənizə zəmanət verir.
Tərkibi:
200 ml kefir
0,5 çay qaşığı darçın
0,5 çay qaşığı üyüdülmüş zəncəfil
1 çimdik qırmızı bibər(pul bibər)
Hazırlanması:
Kokteyli hazırlayacağınız qaba 200 ml kefir tökün. Üzərinə 1 çimdik qırmızı bibər, darçın, üyüdülmüş zəncəfil əlavə edin. Üyüdülmüş zəncəfil əvəzinə zəncəfil kökü istifadə edə bilərsiniz. Kokteyli blender və ya mikserin köməyi ilə qarışdırın. Kokteyli yemək arası, yeməkdən əvvəl və sonra içə bilərsiniz.
Gülnaz Qənbərli
Gununsesi.info












