Aya-Sofiya məbədini 500 polis işçisi qoruyacaq

  • By admin
  • 27 İyul 2020 21:57

İstanbuldakı Müqəddəs Sofiya (Aya-Sofiya) məbədinin mühafizəsinə daimi olaraq 500 polis işçisi cəlb olunacaq.

Gununsesi.org  “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

“Bu gündən etibarən Aya-Sofiyada 500 asayiş keşikçisi davamlı olaraq növbəli şəkildə xidmət yerinə yetirəcək”, – deyə ölkə başçısı Ankarada çıxış edərkən bildirib.

 

 

Gununsesi.org