Ayağı amputasiya olunan jurnalist Sahil Babayevdən şikayətçidir - Mənə bir sənəd verin, heç olmasa, protez qoydurub yeriyim

  • By admin
  • 12 İyul 2023 12:19

Tanınmış jurnalist Səbuhi Məmmədli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazıdır.

Gununsesi.info jurnalistin qeydlərini təqdim edir:

“Ötən ilin noyabrında əməliyyat olundum, ayağım amputasiya edilib. Təxminən 9 aydır. Həmin vaxtda bir qadın hamilə qalsa, indi doğuşa hazırlaşardı. Mənsə Azərbaycanda 9 aya yaxındır ki, ayağımın olmadığını sübut edə bilmirəm.

Binəqədi rayon Biləcəri qəsəbəsində 15 saylı poliklinika mənə olmazın arayışlar gətizdirir. Bu adamlara 9 aydır ayağımın olmadığını, 8 aydır da dializ xəstəsi olduğumu sübut edə bilmirəm. Məni inandırmağa çalışırlar ki, 1-ci qrup əlillik verəcəklər. Bu qrup mənə lazım deyil, istəmirəm. Mənə bir sənəd verin, heç olmasa, protez qoydurub yeriyim. O qədər yalan danışırlar ki…”

Gununsesi.info