Ayağı amputasiya olunmuş aktyor vəfat etdi

Aktyor Əlvan Fərmanoğlunun ölüm xəbəri yayılıb.

Gununsesi.info xəbər verir ki, yaxınlarının sosial şəbəkədəki paylaşımına görə, mərhum bu gün dünyasını dəyişib.

Əlvan Fərmanoğlunun sağ ayağı ötən il amputasiya olunmuşdu. O, damar tıxanıqlığından əziyyət çəkirdi. Yaxınları onun ayağının amputasiya olunmasını həkim səhlənkarlığı ilə əlaqələndirmişdilər.

Allah rəhmət eləsin.

Gununsesi.info