Ayağını şüşə kəsən məktəbli xəstəxanaya yerləşdirildi

  • By admin
  • 06 İyun 2017 20:02

ambulani

İyunun 5-də 85 nömrəli tam orta məktəbdə XI sinif şagirdi Hacıyev Tərlan Vasif oğlu tənəffüs vaxtı dondurma almaq üçün mağazaya getmək məqsədilə məktəb hasarını aşarkən ayağını şüşə kəsib və qanaxma baş verib.

Gununsesi.info-nun xəbərinə görə, məktəbdən APA-ya bildirilib ki, şagirdə müvafiq köməklik göstərilib və təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya göndərilib.

Hazırda vəziyyəti normaldır.

Gununsesi.info