“Ayaks” ulduz futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

Niderlandın “Ayaks” klubu iki futbolçusu ilə yollarını ayırıb. 

Gununsesi.org klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar Rayan Babel və Bruno Vareladır.

Amsterdam təmsilçisi hər iki futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Rayan Babel Niderland millisinin üzvüdür. O, əvvəllər Türkiyədə “Kasımpaşa”, Beşiktaş” və “Qalatasaray”ın da formasını geyinib.

 

 

Gununsesi.org