Ayaqlarınıza qulluq edir, tez-tez yuyur, amma buna baxmayaraq, ayaq qoxusundan qurtula bilmirsiniz?
Yəqin bir çox üsulları sınamısınız, amma problemdən tam qurtulmamısınız. Təbii ki, tibbi məhsullar bu problemə çarə ola bilir, lakin tez-tez dərman istifadə etmək istəməyənlər var. O zaman evdə hazırlaya biləcəyiniz bu təbii çarə ilə ayaq qoxusundan tamamilə qurtula bilərsiniz. Həmin təbii çarəni açıqlayırıq.
Bir vannaya ilıq su doldurun, içinə yarım litr təbii üzüm sirkəsi tökün. Ayaqlarınızı bu suyun içində yarım saat saxlayın. Ardınca tibbi göbələk əleyhinə şampunla ayaqlarınızı yuyun. Bunu həftədə iki dəfə təkrarlasanız, elə ilk dəfədən sonra dəyişiklik hiss edəcəksiniz. İstəsəniz, sonda ayağınıza gözəl qoxulu krem də çəkin.
Ayaq qoxusuna səbəb ola biləcək ayaqqabılarınıza da əl gəzdirin. İyi gələn ayaqqabıların içinə ayaqqabı dezodorantı sıxa bilər və geyinmədən öncə qoxunun qarşısını alan ayaq pudralarından istifadə edə bilərsiniz.
Qoxu ayaqqabıya hopubsa, aptekdən ala biləcəyiniz saf spirtlə ayaqqabının içini yaxşıca silib, qurumağa qoyun. Qoxunun çəkilməyə başladığının şahidi olacaqsınız.
Ayaq qoxusuna səbəb ola biləcək ən önəmli problemlərdən birinin göbələk olduğunu unutmayın.
Dırnaq göbələyini çözə biləcək bir çox vasitələr apteklərdə satılır.
Gununsesi.info