Ayaqqabı oğruları SAXLANILDI

  • By admin
  • 26 Mart 2018 18:36

Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Mingəçevir şəhərindəki ayaqqabı sexlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla ayaqqabı təmiri-tikiş sexindən 3100 manat dəyərində ayaqqabı qəliblərinin oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Teymur Mustafayev, Tural Nabudov, Firdovsi Mustafayev və onun qardaşı Vüqar polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Gununsesi.info