Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edildi

  • By admin
  • 19 Noyabr 2019 13:03

Baş Nazir Əli Əsədov Ayaz Mirzəyevin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə A.Mirzəyev özü “Facebook” səhifəsində yazıb.

“Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm.

Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəri başdan uğurlar diləyirəm”, – deyə A.Mirzəyev əlavə edib.

 

Gununsesi.org