Aybəniz Haşımova: “Gözüm necə qorxubsa…”

  • By admin
  • 16 Oktyabr 2016 00:41

aykaaa

“Allahın köməkliyi ilə birinci gün artıq xəstəxanadan evə buraxılacam”.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu bu günlərdə cərrahi əməliyyat keçirən tanınmış ifaçı, Əməkdar artist Aybəniz Haşımova öz “Facebook” statusunda yazıb.

“Əslində bu gün də gedə bilərdim, sadəcə,  gözüm necə qorxubsa, həkimlərin yanından ayrılmaq istəmədim. Çox şükür ki, sizlərin duası sayəsində özümü çox yaxşı hiss edirəm.

Bir daha məni bu bəladan qurtaran Respublika Diaqnostika Mərkəzinin rəhbərliyinə, cərrah Ibrahim Əfəndiyevə, bütün personala və bir də mənim adıma bütün narahat olan, yanıma ziyarətə gələn bütün dəyərli dostlara, əzizlərə böyük minnətdarlığımı bildirirəm.

Allah hamınızı qorusun! Allah heç birinizi saqlamlıqla imtahana çəkməsin. Amin!”-deyə, o, daha sonra qeyd edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info