Aybəniz Haşımova: “Ömrümdə ilk dəfədir ki…”

  • By admin
  • 22 Avqust 2016 14:03

ayka

Tanınmış sənətkar, Əməkdar artist Aybəniz Haşımova bu gün növbəti doğum gününü qeyd edir.

Gununsesi.info xəbər verir ki, yaxınlarından ad günü sürprizi alan müğənni sevincini sosial şəbəkədə  bölüşüb.

“İnanılmaz sevinc bəxş etdiniz mənə, əziz bacım, dostum, Həsənim və anası Nailə xanım. Ömrümdə ilk dəfədir ki,  doğum günümdə belə bir sürpriz alıram. Çox minnətdaram”.

Onu da qeyd edək ki,  tanınmış ifaçı 22 avqust 1968-ci ildə Gəncə şəhərində anadan olub. “Bülbüllər” qrupunun yaradıcısı Aybəniz Haşımovanın həyat yoldaşı Qarabağ uğrunda döyüşlərində şəhid olub. “Vətən uğrunda” medalı laureatı Xalid Quliyevin həyat yoldaşıdır. Müğənni Aynişan Quliyevanın anasıdır. Həmçinin, böyük sənətkar – Xalq artisti Şahnaz Haşımovanın bacısıdır.

Gununsesi.info