Aybəniz Haşımova pedaqoji fəaliyyətlə də məşğul olmağa başladı

  • By admin
  • 15 Sentyabr 2016 23:04

aybeniz

Tanınmış sənətçi, Əməkdar artist Aybəniz Haşımova ifaçılıq sənəti ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olacaq.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, tanınmış müğənni artıq bu gündən etibarən Bakı Humanitar Kollecində (keçmiş Bakı Mədəni-Maarif Texinkumunda) müəllim kimi fəaliyyətə başlayıb.

Saytımıza açıqlamasında bu məlumatın doğruluğunu təsdiqləyən A. Haşımova eyni zamanda, Kollecin rəhbərliyi başda olmaqla, bütün müəllim heyətini, tələbələri “Bilik günü” münasibəti ilə təbrik edib.

Gununsesi.info