Aybəniz Haşımovanın şagirdləri Zəhra üçün oxudu - FOTO-VİDEO

  • By admin
  • 07 İyul 2017 20:10
aybe-yeni
Tanınmış ifaçı, Əməkdar artisti Aybəniz Haşımova Füzulinin Alxanlı kəndində öldürülən 2 yaşlı Zəhra Quliyeva ilə bağlı kampaniya keçirib.
Bu haqda Gununsesi.info-ya məlumat verən Əməkdar artist deyib ki, rəhbəri olduğu “Sənət akademiyası”nın şagirdləri Zəhra üçün oxuyublar.
Onlar eyni zamanda fotolarını da paylaşıblar.
İfaçı bu haqda deyib:
Rəhbəri olduğum Sənət Akademiyasının körpə balaları bütün dünyaya 2 yaşlı Zəhranın ölümü ilə bağlı mesaj göndərib: “ermənilər, uşaqları öldürmək olmaz”. 
Uşaqlar “Qarabağ şikəstəsi”ni ifa ediblər.
Həmin görüntüləri təqdim edirik:

 

https://www.youtube.com/watch?v=wt04E5vm_w8

Kamil HƏMZƏOĞLU

Gununsesi.info