AYB üzvündən Prezidentə müraciət

AYB üzvündən Prezidentə müraciət

asiq

Azərbaycan Yazçılar Birliyinin üzvü şair Səxavət Kəlbəcərli prezident İlham Əliyevə müraciət edib. Müraciətinin bir surətini gununsesi.info-ya təqdim edən şair ölkə başçısından aşıq Azərin sağlamlığına dəstək olmağı xahiş edib.

Müraciətdə deyilir:

Cənab Prezident!

Biz yazarları allaha yaxınlaşdıran, bizlərə ruh verən sazın, mahir ifacısı aşıq Xanlar yadigarı, aşıq Azərin xəstəliyi getdikcə ağırlaşır. Saz sevərlər, Azər sevərlər adından Sizdən artıq dərəcədə xahiş edirik, bu çətin məqamda öz yardımınızı əsirgəməyəsiniz. Bir sənətkarı ölümün əlindən xilas etmək xalqın mədəniyətinə böyük dəyər, böyük hörmət görsətdiyinizi, bir daha sübut edəcək. İnanırıq ki , səsimizə səs vercəksiz bir sənətkar oğlunu, bir sənətkarı çətin durumdan xilas edəcəksiz . Xalqımızı, sazımızı sözümüzü sevindərəcəksiz . Yaxşı insanları, yaxşı sənətkarları qorumaq bizlərin mənəvi borcudu”.

Hörmətlə,

Səxavət Kəlbəcərli

AYB üzvü, şair

 

COMMENTS