
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Sotheby” adlı şirkət ABŞ kosmonavtı Neil Armstronqun Aya ilk dəfə ayaq basmasının 48-ci ildönümü münasibətilə hərrac təşkil edir.
Hərracda Armstronqun Aydan xatirə olaraq gətirdiyi toz və kiçik daşlar satılacaq.
Kiçik bir çantanın içində saxlanılan və təxminən yarım əsrlik tarixə malik olan kolleksiyanin dəyərinin 2-4 milyon dollar arasında olduğu açıqlanıb.
Gununsesi.info