Aydın Əliyev: “Sınıq körpü”dəki tıxacların səbəbkarı gömrük orqanları deyil”

  • By admin
  • 26 Avqust 2016 12:57

aydi

Azərbaycan sərhəd keçid məntəqəsində vətəndaşların uzun müddətli gecikmələrinə demək olar ki, rast gəlinmir.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, bu barədə açıqlamanı Dövlət Gömrülk Komitəsinin sədri, gömrük xidməti general leytenantı Aydın Əliyev jurnalistlərə müsahibəsində bildirib. O, qeyd edib ki, sərhəd keçid məntəqəsində müəyyən vaxt çərçivəsində yubanma olsa da bu, gömrük orqanları və sərhəd qoşunlarının işi ilə bağlı deyil: “Gecikmə sadəcə, sərhədyanı ticarətlə bağlıdır. Müəyyən bölgələrin vətəndaşları gün ərzində dəfələrlə sərhədi keçməklə bu problemləri yaradırlar. Gömrük orqanları məcburdurlar ki, ölkəyə daxil olan mallara gömrük nəzarəti həyata keçirsinlər. Bu da müəyyən gecikmələrə səbəb olur”.

A.Əliyev əlavə edib ki, Nazirlər Kabinetinin 305 saylı qərarına edilən dəyişiklikdən sonra vətəndaşlarla bu sahədə maarifləndirmə işləri aparılır.

Komitə sədri əlavə edib ki, iki gün əvvəl Dövlət Gömrük Komitəsinin sədr müavini ilə Gürcüstan gömrük xidmətinin rəhbəri Sınıq Körpü sərhəd keçid məntəqəsində görüşüb. Görüşdə diplomatlar, ölkəyə gələn qonaqların sərhəddən keçirilmələri ilə bağlı sərhəd qoşunları ilə müəyyən məsləhətləşmələr aparılıb, gələcək planlar, perspektivlər müzakirə olunub.

Gununsesi.info