Aydın Əliyev vətəndaşları qəbul edib

  • By admin
  • 02 İyul 2016 12:47

aydin

 

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev iyulun 2-də Ağdaş şəhərindəki Heydər Əliyev mərkəzində vətəndaşları qəbul edib.

DGK-nın mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, qəbulda bölgədə yerləşən  Ağdaş, Göyçay, Ucar, Yevlax rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Gununsesi.info