Aydın Bəşirov Türkiyədə vəfat etdi

  • By admin
  • 29 Dekabr 2019 13:09

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib.

Gununsesi.org bildirir ki, bu barədə BakuPost-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, 1947-ci il təvəllüdlü A.Bəşirov bu gecə Türkiyədə xəstəxanaların birində dünyasını dəyişib.

O, iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər əməliyyata hazırlayırmış, lakin bu, mümkün olmayıb, gözlənilmədən komaya düşüb və ayılmayıb.

 

Gununsesi.org