Şuşada bir çox abidələr Ermənistanın işğalı nəticəsində zədələnib, bəziləri tamamilə dağıdılıb. Müharibə başa çatdıqdan dərhal sonra Şuşa şəhərində yenidənqurma işlərinə başlanılıb, yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.
“Şuşada 7 qazanxana tikilərək istiliklə təmin edilib. Bundan əlavə, hazırda məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir”, – xüsusi nümayəndə qeyd edib.
Gununsesi.info