Aydın Mirzəzadə: “Azərbaycan Avropa Məhkəməsində göstərici üzrə “lider”ə çevrilib”

  • By admin
  • 20 İyun 2016 12:37

aYDIN mIRZEZADE

 

HTML tutorial

Belə ki, Avropa Məhkəməsi fəaliyyət göstərdiyi 1959-cu ildən bu günədək seçki hüquqlarının pozuntusu ilə bağlı cəmi 79 qərar qəbul edib. Bu qərarlardan ən çoxu 17 qərarla İtaliyanın payına düşür. Azərbaycan isə 40 iş üzrə 19 qərarla “rekord” vurur. Rəqəmlərin diliylə desək, bunu saxtakarlığın, oğurluğun və qanunsuzluğun rekordu da hesab etmək olar. Ekspertlər hesab edir ki, Avropa Məhkəməsinin Azərbaycanda seçki hüquqlarının pozuntusu ilə bağlı çıxardığı rekord qərar sayı ölkədə total çeçki saxtkarlğının təsdiqidir. Bu isə ölkənin parlamentinin alver məkanı olmasını, mandata sahib olmaq üçün xalqın səsinin önəm daşımadığını göstəricisidir. Gununsesi.info-nun əməkdaşı mövzuyla bağlı YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadənin münasibətini öyrənib. A. Mirəzadə hesb edir ki, seçki prosesində baş verən saxtakalıqlar dövlətçiliyin təcrübəsinin az olmasından irəli gəlir: “Heç kəs burada qarşısına məqsədli surətdə hansısa qanunu pozmağı qoymur. Dövlətçiliyimizin 25 illik tarixi var. Bunun elə 25 ili də Ermənistanın Azərbaycana qarşı təcavüzüylə mübarizədə keçib. Bu təcavüz cəmiyyət üzərində bir ağır yük formalaşdırıb. Digər tərəfdən də uzun müddət Avropa dəyərlərindən, demokratik seçkilər, insan hüquqlarından kənarda olmaq, istər-istəməz cəmiyyətə öz təsirini göstərib. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda demokratik hüquqi dövlət, insan hüquqları, Avropa dəyərləri cəmiyyətimizə ciddi surətdə daxil olmağa başladı. Hesab edirəm ki, müəyyən müddətdən sonra bu istiqamətdə olan narahatçlıqlar artıq öz-özünə silinib gedəcək. İldən-ilə təcrübə artacaq, cəmiyyətə demokratiya, insan hüquqları və qanuna bağlılığı güclənəcək. İndinin özündə də hər addımda bu hiss olunur”-, deyə o bildirib.

Gülnaz Qənbərli