Aydın Mirzəzadə Bakı merinə qarşı - BAŞADÜŞÜLƏN DEYİL

  • By admin
  • 11 Sentyabr 2016 20:28

aydin

“Azərbaycanda sentyabrın 26-na təyin edilən referendumla bağlı yalnız Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən təşviqat qrupları təbliğat və ya əks-təbliğat apara bilər. Milli Şuranın mitinqinə Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verməsi başa düşülən deyil. Bütün hallarda onların mitinqinə az sayda adam qatılır. Ölkədə beş milyon seçici var, onların bir neçə yüz nəfərinin referenduma “yox” deməsi nəyisə dəyişmir”. Gununsesi.info bildirir ki, bunu Report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.

HTML tutorial

Qeyd edək ki, mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib.

Gununsesi.info