“Aleksandr Lapşin 3 ölkənin vətəndaşı olsa da, Ermənistan dövləti öz siyasətini bu şəxs ətrafında qurmağa çalışır. Sual olunur, nəyə görə Lapşinin həbsi Ermənistanı bu dərəcədə narahat edir? Bəlkə Lapşin 3 yox, 4 ölkənin vətəndaşıdır?”
Gununsesi.info xəbər verir ki, bunu YAP-çı deputat Aydın Mirzəzadə Milli Məclisdəki müzakirələrdə deyib.
O, qeyd edib ki, İrəvanın bloggeri müdafiə etməsi səbəbsiz deyil: “Lapşinin ərazilərimizə qeyri-qanuni səfərlərindən sonra yazdıqlarında Ermənistanın kəşfiyyat orqanlarının dəst-xətti hiss olunurdu”.
A.Mirzəzadə deyib ki, Bakı A.Lapşinlə bağlı güzəştə getməyəcək, o, Azərbaycan məhkəməsi qarşısında cavab verəcək.
Deputat Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına cəhd göstərənlərdən də bəhs edib: “Azərbaycan dövləti yarandıqdan bir gün sonra onun tarixi ərazisi olan İrəvan şəhəri 100 illiyə ermənilərə icarəyə verildi”.
Kamil
Gununsesi.info