“Türkiyənin həmrəylik karvanından ilhamlanan bir qrup Azərbaycan vətəndaşı İrana səfər edib”.
Gununsesi.info bildirir ki, bu barədə İranın “Səhər Azeri” kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, “Müqavimət Yolu Karvanı” adlı Azərbaycan şiə həmrəylik karvanının üzvləri Ərdəbilin cümə imamı Ayətullah Seyid Həsən Amili ilə görüşüblər.
Adları açıqlanmayan Azərbaycan vətəndaşlarının ölkəmiz əleyhinə çıxışları ilə tanınan Ayətullah Seyid Həsən Amili görüşü isə təəccübə səbəb olub.
Belə ki, “Səhər Azeri” kanalının sosial şəbəkə hesabında bu paylaşıma sərt reaksiya verən insanlar onları “İran agenti” adlandırıb.
Paylaşılan xəbərə və fotoya rəy yazan insanlar həmin şəxslərin həbsini tələb edib.
Azərbaycanın düşməniylə görüşənlərin adları məlum olmasa da, xüsusi xidmət orqanları onların fotoları vasitəsilə kimliyini müəyyən edəcəyi şübhəsizdir.
Günay Mahirqızı












