“Əpl” şirkəti yeni “Ayfon X” modelindəki ən böyük qüsuru açıqlayıb.
Gununsesi.info xəbər verir ki, şirkətdən verilən açıqlamada yeni modelin üz tanıma texnologiyası olan Face İD-in 13 yaşdan aşağı uşaqlar üçün yanlış çalışacağı bildirilib.
Buna səbəb kimi, azyaşlıların simasının tam olaraq formalaşmaması göstərilib:
“Əkizlər, bir-birinə bənzərən qardaş və bacılar, eləcə də 13 yaşdan aşağı uşaqlar bu sistemdən istifadədə bəzi narahatlıqlar və problemlər yaşaya bilərlər. Bu mənada təhlükəsizlik məqsədilə şifrəli hesablarınızdan istifadə edilə bilərsiniz”.
Gununsesi.info