Avqutun 5-də vəzifəsindən uzaqlaşdırılan Türkiyənin Giresun Universitetinin azərbaycanlı rektoru, professor, doktor Aygün Əttar yenidən həmin universitetə rektor təyin edilib.
Bu haqda Gununsesi.info-ya sözügedən universitetdə təhsil alan azərbaycanlı tələbələr xəbər veriblər.
Qeyd edək ki, Türkiyə mətbuatı ölkədə dövlət çevrilişi cəhdindən sonra Ali Təhsil Şurasının (YÖK) müraciəti əsasında aparılan istintaq tədbirləri çərçivəsində bu universitetin 21 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb və barələrində araşdırma başlanmasıyla bağlı xəbər yaymışdı. Onların arasında azərbaycanlı professor da vardı.
Xatırladaq ki, A.Əttar 4 il Giresun Universitetinin rektoru olub. O, bu ilin mart ayında ən yüksəs səs toplamasına baxmayaraq, ali təhsil müəssisəsinə rektor təyin edilməyib. A.Əttar vəzifəsindən kənarlaşdırılanadək Giresun Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölməsinin rəhbəri idi.
Gülnaz Qənbərli
Gununsesi.info