Əməkdar artist Aygün Bəylər uzun müddət sonra yenidən böyük səhnəyə çıxacaq.
Bildirilib ki, A.Bəylər Ulu öndərin sevimli mahnılarını səsləndirəcək və özünün “Mehribani” simfonik muğamını Cadenza orkestrinin müşayiəti ilə təqdim edəcək. Gecədən yığılan vəsait “YAŞAT” Fonduna bağışlanacaq.
Qeyd edək ki, A.Bəylər xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, uzun müddət müalicə aldığı üçün konsert vermirdi.