Aygün Bəylərin bacısından mediaya QADAĞA

  • By admin
  • 07 Yanvar 2024 17:55

“Cənazə Suraxanıda mənim evimə gətiriləcək. Amma çəkiliş üçün mediaya icazə verilməyəcək.

Bacım həmişə özünü hörmətli aparıb, istərdim ki, dəfni də elə olsun”.

Gununsesi.info bizim.media-ya istinadən xəbər verir ki, bunu vəfat etmiş müğənni, Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova sosial şəbəkədə yazıb.

O, başsağlığı üçün qapılarının hamının üzünə açıq olduğunu qeyd edib.

Gununsesi.info